AZ

Ermənistanda magistral yolda kütləvi dava, 9 nəfər saxlanılıb

Ermənistanda Masis-Eçmiədzin yolundakı avtoyuma məntəqəsinin yaxınlığında dava faktı üzrə 9 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) polis mətbuat xidmətindən bildirilib.

"Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, bir qrup şəxs ictimai asayişi kobud şəkildə pozaraq mübahisəyə girib və dava-dalaş yaradıb. Daha sonra həmin şəxslər avtomobillərini orada qoyaraq hadisə yerini tərk ediblər", - məlumatda qeyd olunub.

Mayın 11-də baş verən davada 10-dan çox şəxs iştirak edib.

Yerli medianın məlumatına görə, atəş səslərinin eşidilib. Lakin DİN-dən bildirilib ki, hadisə yerində atəş açılmayıb.

Seçilən
41
2
far.az

3Mənbələr