AZ

Zelenski qarşıdan gələn NATO sammiti ilə bağlı gözləntilərini bölüşüb

Gununsesi saytına istinadən ain.az xəbər verir.

NATO-nun Ankarada keçiriləcək sammiti alyansın gücünü nümayiş etdirməli və onun dağılmayacağını sübut etməlidir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Zelenski Buxarest Doqquzluğu sammitində bildirib.

“ABŞ ilə Avropa arasındakı münasibətlərdə mövcud olan bütün çətinlikləri və bəzi çətin məsələləri nəzərə alsaq, NATO-nun Türkiyədəki zirvə görüşünün hansı nəticələr verəcəyini hazırda demək çətindir. Amma siz güclü müttəfiqsiniz və bu zirvə görüşünün bütün Avroatlantik birliyinə müsbət siqnallar göndərməsini təmin etmək üçün əlimizdən gələni etməliyik. İyul ayı NATO-nun güclü olduğunu və dağılmayacağını, zəifləməyəcəyini və ya geridə qalmayacağını sübut etməlidir”, – deyə Zelenski bildirib.

Maqsud

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
icma.az

1Mənbələr