Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 13 may, AZƏRTAC
“Nariste” yaradıcılıq qrupu Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Bakıda keçirilən Beynəlxalq Festivalda Qırğız Respublikasını qürurla təmsil edib.
AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, genişmiqyaslı mədəni tədbirdə səkkiz ölkədən 17 rəqs qrupu iştirak edib.
Müsabiqə proqramından sonra “Nariste” qrupu festivalın əsas mükafatı olan Qran-Pri qazanıb. Bu qələbə gənc iştirakçıların yüksək hazırlıq səviyyəsinin, istedadının və əzmkarlığının nəticəsi olub.
Qırğızıstanı beynəlxalq səhnədə 7-11 yaşlı uşaqlar təmsil edib və onlar parlaq istedad, zəriflik və milli kolorit nümayiş etdiriblər.




Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.