“Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilib.
Publika.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən aşağıdakı dəyişikliklər edilib:
1.1. adı aşağıdakı redaksiyada verilsin:
“Nümayəndə heyətlərinin səfərləri barədə məlumatların və hesabatların təqdim edilməsi haqqında”;