AZ

BYD işlənmiş avtomobillərin satışını bloklayır

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Çinli istehsalçılar istehsal etdikləri maşınların nüfuzunu artırmaq üçün müxtəlif yollara əl atırlar.

Avtosfer.az xəbər verir ki, BYD-nin Fransa nümayəndəliyindən alınmış elektromobillərin təkrar satışı üçün məhdudiyyət qoyulub. Bu maşını Fransada almış şəxs onu azı 6 il və ya 150 min kilometr satışdan sonra özgələşdirə bilər. Bundan əlavə, maşına servisdə yalnız orijinal detallardan istifadə olunaraq vaxtaşırı qulluq edilməli, tarixçə ilə bağlı heç bir mübahisəli məqam olmamalıdır. 

Ən əsası, təkrar satış zamanı batareyanın resursunun azı 90 faizi qalmalıdır. Bu yolla BYD təkrar elektromobil alan şəxslərin batareya ilə bağlı narahatlıqlarının da aradan qaldırılmasını hədəfləyir. 

Sərbəst satıcılar çinli istehsalçının qərarına görə ciddi maliyyə itkisi ilə üzləşəcəklərini bildirirlər. Fransada adətən işlənmiş avtomobil satışı elə təzə avtomobil qədər gəlirli sahədir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
avtosfer.az

1Mənbələr