ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Soyuq havada elektromobil batareyalarının sürətlə tükəndiyi hamıya məlumdur. Hibrid avtomobillərin isə soyuq havada sərfiyyatında ciddi fərq müşahidə edilmir. Maraqlıdır ki, elektromobillər belə demək mümkünsə, yayı sevdiyi halda, hibridlər xoşlamır. Bəs səbəb nədir?
Avtosfer.az xəbər verir ki, ABŞ Avtomobil Assosiasiyası qapalı şəraitdə 35 dərəcədə hibrid avtomobili xüsusi laboratoriyada sınayıb. Test zamanı salonda temperatur 22 dərəcə Selsi həddində saxlanıb. Bu temperaturu təmin etmək üçün soyutma sistemi davamlı şəkildə işləyib.
Sınaq zamanı mühərrikin yanacaq sərfiyyatı 12 faiz artıb. Səbəb onsuz da ağır rejimdə işləyən benzin mühərrikin yükünün daha da artmasıdır. O həm generatoru, həm də kondisionerin kompressorunu işlətməyə məcbur olub.
Tədqiqat bir daha göstərir ki, hibrid avtomobil sahəsində işlər kifayət qədər irəli gedib. 7 il əvvəlki testlərdə sərfiyyat 17 faiz artmışdı.
Vüqar
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.