AZ

Şəhərlər hamı üçün Heç kim kənarda qalmasın

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı” və “Vətəndaşların Sosial Rifahı Naminə” ictimai birlikləri tərəfindən Bakı Urban Həftəsi və WUF13 çərçivəsində "Şəhərlər hamı üçün – Heç kim kənarda qalmasın” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi şəhərlərdə inklüziv inkişafın təşviqi, vətəndaş cəmiyyətinin bu istiqamətdə rolunun gücləndirilməsi, eləcə də müxtəlif sosial qrupların qərarvermə prosesində iştirakının vacibliyini diqqətə çatdırmaqdır.

Tədbir çərçivəsində inklüziv şəhər modelləri üzrə beynəlxalq və yerli təcrübələr təqdim olunub. Əlilliyi olan şəxslərin şəhər həyatına inkluziyası ilə bağlı mövcud çağırışlar və həll yolları tədbir çərçivəsində keçirilən panel iclaslarda müzakirə edilib.

Tədbirdə, həmçinin dövlət qurumları, QHT-lər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Müxbir - Günel Türksoy

Fotoqraf - İlqar Cəfərov

Videooperator - Şövqi Əzizov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
85
azertag.az

1Mənbələr