ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın daha bir ərazisində yol nişanlanma işləri aparılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a verilən məlumatına görə, Rəşid Behbudov küçəsində öncədən mövcud olan taksilər üçün dayanacaq yeri mikromobillik zolağının sol hissəsində yenidən təşkil edilib. Qeyd olunan işlər hərəkət iştirakçılarının təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.