AZ

Aslan Kərimov finaldakı favoritini dedi Zirə Sabah ı arı kimi sanca bilər

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün Azərbaycan Kubokunun finalında "Sabah" ilə "Zirə" üz-üzə gələcək. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb həlledici qarşılaşmadan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bizi maraqlı oyun gözləyir. Bir tərəfdə çempionatın qalibi "Sabah", digər tərəfdə isə uzun illərdir həm çempionatda, həm də kubokda sabit oyun göstərən "Zirə" var. Son oyunları (2:2) intriqanı bir qədər də artırır. Üstəlik, kubok oyunu çempionat görüşü kimi olmur, daha çəkişməli alınır. "Sabah"ın üstünlüyü onun sürətli hücumçularının olması, irəlidə aqressiv pressinq gücü, həmçinin vingerlərinin məhsuldarlığındadır. "Zİrə" isə əsasən əks-hücumlara üstünlük versə də, lazım gəldikdə dominant futbol sərgiləyir. İkisindən birini favorit göstərməli olsaq, "Sabah" bir addım öndə görünə bilər. "Zirə" arxadan oyun qurarkən bəzən fərdi səhvlərə yol verir. Əsasən də mərkəz müdafiəçiləri. "Sabah"ın aqressiv pressinqi "qartallar"ın arxada səhv etmə ehtimalını artırır. "Zirə" belə səhvlərə görə cəzalana bilər. Digər tərəfdən isə Rəşad Sadıqovun yetirmələri əks-həmlələrdə "Sabah"ı arı kimi sanca bilər. Çempionat ərzində dəfələrlə buna şahid olmuşuq. Valdas Dambrauskasın komandası da bəzən rəqiblərinə əks-hücum yaratmağa şərait yaradırdı. Yaxşı oyun gözləyirəm. "Sabah"ı məhz hücumçularının hesabına favorit görürəm".

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
fanat.az

2Mənbələr