AZ

Cənubi Afrikada fövqəladə vəziyyət elan edilib

Cənubi Afrika Respublikasının müxtəlif bölgələrində tüğyan edən şiddətli yağış və fırtınanın törətdiyi hadisələr nəticəsində ölüm hallarının olması və infrastrukturun dağılması səbəbindən ölkədə fövqəladə vəziyyət elan olunub.

Anadolu Agentliyi xəbər verir ki, ə, ötən həftədən bəri xüsusilə Qərbi və Şərqi Keyp əyalətlərində əlverişsiz hava şəraiti böyük fəsadlara yol açıb. Milli Fəlakət İdarəetmə Mərkəzi bildirib ki, ölkə daxilində indiyədək sel suları və ağacların aşması nəticəsində ən azı 10 nəfər həyatını itirib. Yollar, körpülər və yaşayış binaları ciddi zərər görüb, böyük dağıntılar qeydə alınıb. Təbii fəlakətdən ən çox zərər çəkən bölgələrdən biri olan Qərbi Keyp əyalətində genişmiqyaslı xilasetmə işləri həyata keçirilir. Evləri sular altında qalan təxminən 6 min nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Hökumət fəlakətin fəsadlarını aradan qaldırmaq və zərərçəkənlərə təcili yardım çatdırmaq üçün bütün resursları səfərbər edib. Hazırda bölgələrdə bərpa və xilasetmə işləri davam edir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
35
azerbaijan-news.az

1Mənbələr