AZ

Bu qidalar xərçəng riskini azaldır

Gündəlik qidalanma vərdişləri xərçəng riskinə təsir edən əsas amillərdən biridir. Düzgün seçilmiş qidalar orqanizmin müdafiə sistemini gücləndirərək xəstəliklərin yaranma ehtimalını azalda bilər.
Metbuat.az xəbər verir ki, elmi araşdırmalar brokoli, gül kələmi və kələm kimi tərəvəzlərin tərkibində olan faydalı maddələrin hüceyrələri zədələnmədən qoruduğunu ortaya çıxarıb. Bu tərəvəzlərin müntəzəm qəbulu orqanizm üçün faydalı hesab olunur:BrokoliBrokoli çiy halda bir qədər acı dad versə də, bu tərəvəz xərçəngə qarşı qoruyucu xüsusiyyətləri ilə seçilir. Tərkibində olan maddələr hüceyrələri zədələnmədən qoruyur və xüsusilə bağırsaq və prostat xərçəngi riskinin azalmasına kömək edir.PomidorPomidorun tərkibində olan likopen güclü antioksidantdır. Xüsusilə bişmiş halda daha təsirli olur və bəzi xərçəng növlərinin yaranma ehtimalını azalda bilər.BalıqSomon, sardina və skumbriya kimi balıqlarda olan omeqa-3 yağ turşuları hüceyrələrin qorunmasına kömək edir. Bu maddələr həm də orqanizmdə iltihabı azaldır və müxtəlif xərçəng növlərinə qarşı qoruyucu təsir göstərir.Soğan və sarımsaqSoğan və sarımsaq tərkibindəki faydalı maddələr sayəsində bir çox xərçəng növünə qarşı qoruyucu təsirə malikdir. Bu məhsullar immun sistemini gücləndirir və orqanizmin müqavimətini artırır.GiləmeyvələrQaragilə və digər giləmeyvələr antioksidantlarla zəngindir. Bu maddələr hüceyrələri sərbəst radikalların təsirindən qoruyaraq xəstəlik riskini azaldır.PaxlalılarLiflə zəngin olan paxlalılar bağırsaq sisteminin normal fəaliyyətinə kömək edir. Onların müntəzəm qəbulu xüsusilə yoğun bağırsaq xərçəngi riskinin azalmasına müsbət təsir göstərir.

Qeyd edək ki, sağlam və balanslı qidalanma xərçəngdən tam qorunma təmin etməsə də, riskin azalmasında mühüm rol oynayır.

Seçilən
67
metbuat.az

1Mənbələr