AZ

Zelenski: Tramp Çində müharibəni də diqqətə çatdırmalıdır

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın Çindəki görüşləri zamanı Rusiya-Ukrayna müharibəsinə son qoyulması məsələsinin qaldırılmasını istədiklərini bildirib.

Turkustan.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Doqquz Qrup Zirvəsinin (B9) açılışında çıxış edən Zelenski Ukraynadakı müharibəyə son qoymaq üçün intensiv şəkildə çalışdıqlarını bildirib.

ABŞ tərəfi ilə daim əlaqədə olduqlarını bildirən Zelenski, "ABŞ prezidenti Çində olduğu müddətdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq məsələsinin müzakirə olunacağına ümid edirik" dedi.

Zelenski Avropa və NATO-nun Rusiyadan gələn potensial təhdidlərə qarşı daha güclü olmalı olduğunu iddia etdi.

NATO Zirvə Toplantısının iyul ayında Türkiyədə keçiriləcəyini xatırladan Zelenski, "Siz güclü müttəfiqlərsiniz və bu sammitin bütün Avro-Atlantik birliyinə müsbət siqnallar göndərməsi üçün əlimizdən gələni etməliyik" dedi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
60
turkustan.az

1Mənbələr