Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) tabeli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-aprel ayları ərzində əlilliyi olan 44,6 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib. Onlardan 22,9 mininə ambulator, 11,1 mininə stasionar və icma əsaslı, digər şəxslərə isə səyyar və onlayn formada sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.
Agentliyin məlumatına görə, müəssisələrdə ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun metodlar da tətbiq olunur. Bunlara robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və digər metodlar daxildir. Xidmətlər stasionar və ambulator formada, həmçinin icma əsaslı, telereabilitasiya və səyyar xidmətlər şəklində göstərilir.
Bu xidmətlərin məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını gücləndirmək, onların müstəqil həyat qabiliyyətini artırmaq və sosial rifahını yaxşılaşdırmaqdır. Agentlik həmçinin reabilitasiya sahəsində qabaqcıl texnologiyaların tətbiqini davam etdirir və xidmətlərin əlçatanlığını daha da genişləndirməyi planlaşdırır. Bu yanaşma, əlilliyi olan şəxslərin gündəlik həyatda daha aktiv və müstəqil olmalarına şərait yaradır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan