İctimai şuranın üzvü Zülfiyyə Nuriyeva Nazirlik tərəfindən həyata keçirilən sosial müdafiə tədbirlərinin təşkilində, habelə “Himayədar ailə” qayğı modelinin tətbiqi işlərində ictimai iştirakçılığın təmin edilməsindən bəhs edib. Bu sahədə görülən işlərin, həmçinin davamlı olaraq keçirilən belə görüşlərin əhəmiyyətini vurğulayıb.
Digər QHT nümayəndələri çıxış edərək mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər. Müzakirələr zamanı himayədar ailələrin seçimi, ictimai maarifləndirmənin gücləndirilməsi, xidmətlərin keyfiyyətinin artırılması, həmçinin tərəfdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi kimi məsələlər diqqət mərkəzində olub.

