AZ

"Yuventus"dan inanılmaz transfer bombası: "Siti"nin ulduzları İtaliyaya gedir

İtaliya nəhəngi "Yuventus" yay transfer pəncərəsində heyəti tamamilə yenidən qurmağı planlaşdırır.

Fanat.Az xəbər verir ki, "Tuttosport" nəşrinin yaydığı məlumata görə, Turin klubu Bernardo Silva və Con Stounz azad agent statusu qazanacağı təqdirdə onları heyətinə qatmaqda maraqlıdır.

Təcrübəli oyunçulara üstünlük verən "qoca sinyora", həmçinin Kim Min-Je, David Alaba və Alisson Bekkerin də vəziyyətini yaxından izləyir.

İtaliya təmsilçisi bu ulduz adların transferi ilə komandaya böyük təcrübə qazandırmağı hədəfləyir.

Seçilən
25
1
fanat.az

2Mənbələr