AZ

III Çarlz: “Britaniya Ukraynanı və NATO nu dəstəkləməyə davam edəcək”

ain.az, Ayna saytına istinadən bildirir.

“Böyük Britaniya Ukraynanın cəsur xalqına sarsılmaz dəstək göstərməyə davam edəcək”

“Krallıq Ukraynanı dəstəkləməyə davam edəcək və NATO- ya sadiq qalacaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Böyük Britaniya Kralı III Çarlz Lordlar Palatasında taxt-tacdan çıxışı zamanı deyib.

Çıxışın mətni Britaniya hökumətinin saytında dərc edilib.

“Böyük Britaniya Ukraynanın cəsur xalqına sarsılmaz dəstək göstərməyə davam edəcək. Hökumətimiz həmçinin müdafiə xərclərinin davamlı artırılması da daxil olmaqla, Birləşmiş Krallığın NATO və NATO müttəfiqlərimizə olan sarsılmaz öhdəliyini dəstəkləyəcək”, - deyə kral bildirib.

III Çarlz həmçinin Londonun Avropa tərəfdaşları ilə münasibətləri yaxşılaşdırmaq istəyini və Yaxın Şərqdə uzunmüddətli sülhün bərqərar olmasına töhfə verməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna və NATO məsələlərində Avropa ölkələri və Böyük Britaniya kralı III Çarlzla fikir ayrılıqlarının olduğunu bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
ayna.az

1Mənbələr