AZ

Türkiyə çempionatında yeni mövsümlə bağlı əsas tarixlər bəlli oldu

Türkiyə Futbol Federasiyası yeni mövsümdə peşəkar liqaların başlama və bitmə tarixlərini açıqlayıb.

Qurum 2026/27 mövsümü üçün peşəkar liqalarda təqvimlə bağlı planlaşdırmanı başa çatdırıb. Beləliklə, superliqada yeni ''təqvim ili'' avqustun 14-də start götürəcək. İlk dövrəyə 18-21 dekabr tarixlərində baş tutacaq 16-cı turun oyunları ilə yekunlaşacaq.

İkinci dövrə 15-18 yanvarda başlayacaq. Mövsümə mayın 23-də yekun vurulacaq. 1-ci liqada isə mövsüm avqustun 7-də başlayacaq və mayın 8-də bitəcək.

Qeyd edək ki, gələn mövsüm də bu ilki kimi elitada 18 komanda mübarizə aparacaq. 18 komandadan 17-nin adı məlumdu. Son kollektiv ''Bodrum'' ilə ''Erokspor'' arasında baş tutacaq pley-offun finalından sonra bəlli olacaq.

Seçilən
3
1
football-plus.az

2Mənbələr