AZ

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Ajans.az xəbər verir ki, ötən il Azərbaycana 123 mindən çox avtomobil idxal edilib. Bu ilin ilk açıqlanan göstəricilərində isə idxalın ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üçdəbir azaldığı görünür. Bu azalma daha çox bazarın istiqamət dəyişməsi ilə izah olunur. Yeni şərtlər bazarda alıcı davranışını da dəyişib. Əvvəl güzəştli hibrid avtomobillər daha çox diqqət çəkirdisə, indi alıcıların bir hissəsi qiymət baxımından daha əlçatan maşınlara üstünlük verir. Bu səbəbdən ikinci əl avtomobillərə maraq artır.
Seçilən
52
Ajans.az

1Mənbələr