AZ

Rafael Nadal “Real Madrid” prezidentliyi ilə bağlı iddialara cavab verdi

22 qat “Böyük Dəbilqə” turnirlərinin qalibi olmuş əfsanəvi tennisçi Rafael Nadal onun "Real Madrid" klubunun prezidenti postuna namizəd ola biləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

 90deqiqe.Az xəbər verir ki, təcrübəli tennisçi bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.

“Adımın “Real Madrid” prezidentliyinə namizədliklə hallandırılması barədə yayılan məlumatları oxudum. Bildirmək istəyirəm ki, bu xəbərlər həqiqəti əks etdirmir”

Qeyd edək ki, Rafael Nadal “Real Madrid”in sadiq azarkeşlərindən biridir. O, vaxtaşırı komandanın oyunlarını stadiondan izləyir.

Bir gün əvvəl isə Florentino Peres klubda növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.

Seçilən
42
90deqiqe.az

1Mənbələr