AZ

İsrail ordusu Cənubi Livanda strateji xətti keçib

İsrail qüvvələrinin Litani çayını keçərək yeni əməliyyat mərhələsinə başladığı bildirilib...

İsrail ordusu Cənubi Livanda strateji əhəmiyyət daşıyan Litani çayını keçib.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı İsrail ordusunun nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail Silahlı Qüvvələrinin İsrail Müdafiə Qüvvələri “Qolani” briqadasının bölmələri Litani bölgəsində “operativ nəzarət” yaratmaq məqsədilə hərbi əməliyyat həyata keçirir. Əməliyyat çərçivəsində İsrail ordusunun “Hizbullah” hərəkatı ilə əlaqəli olduğu iddia edilən 100-dən çox obyektə zərbələr endirdiyi qeyd olunur.

CNN-in məlumatına əsasən, bu addım İsrail ordusunun əvvəllər müəyyən etdiyi nəzarət xəttindən kənara ilk irəliləyişi hesab edilir. Bildirilir ki, Litani çayının keçilməsi bölgədə vəziyyətin daha da gərginləşməsi riskini artırıb.

Xatırladaq ki, mart ayında İsrailin müdafiə naziri İsrael Kats ölkənin şimal bölgələrinin təhlükəsizliyini təmin etmək üçün “Litanidək təhlükəsizlik zonası” yaradılmasının planlaşdırıldığını açıqlamışdı.

Hazırkı əməliyyatın, atəşkəsin elan olunmasından sonra İsrail ordusunun müəyyən edilmiş sərhədlərdən kənara ilk genişmiqyaslı çıxışı ola biləcəyi vurğulanır.

Poliqon.info

Seçilən
46
poliqon.info

1Mənbələr