Avroviziya Mahnı Müsabiqəsinin rəsmi YouTube kanalı dünənki birinci yarımfinalda səhnəyə çıxan müğənnilərin çıxışlarının görüntülərini paylaşıb.
Musavat.com xəbər verir ki, səhnəyə çıxarkən tamaşaçılar tərəfindən etirazla qarşılanan İsrail təmsilçisi Noam Bettanın çıxışını əks etdirən videoda "Soyqırımı dayandırın" şüarlarının senzura edildiyi ortaya çıxıb.
Dünənki birinci yarımfinalda çıxış edən İsrail müğənnisinə "Soyqırımı dayandırın" şüarı ilə etiraz edilib.
"Soyqırımı dayandırın" şüarlarının səsləndirildiyi və canlı yayımlandığı yarışma zamanı bəzi tamaşaçılar İsrail tərəfindən soyqırıma məruz qalan Qəzza xalqı ilə həmrəylik mesajı göndərərək Fələstin bayraqlarını nümayiş etdiriblər.
Üzlərinə "Fələstin azadlığı" yazan və Fələstin bayraqları çəkən nümayişçilər zaldan zorla çıxarılıblar.
Könül
Musavat.com