NATO-nun Baş katibi Mark Rutte müttəfiqləri Ukraynaya yardım üçün ÜDM-in 0,25%-ni ayırmağa çağırıb, lakin bu təklif alyansın bəzi iri üzvlərinin müqaviməti ilə üzləşib.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" diplomatik dairələrdəki mənbələrə istinadən yazıb.
Alyansın iki diplomatı və bir mənbə bildirib ki, NATO baş katibi bu məsələni aprelin sonunda qaldırıb.
"Rutte və bir çoxumuz Ukraynaya dəstəyin ardıcıl və proqnozlaşdırıla bilən olacağına əmin olmaq istəyirik", - deyə NATO diplomatlarından biri bildirib.
Nəşr yazır ki, əgər müttəfiqlər bu təşəbbüsü təsdiqləsələr, Ukrayna hər il 143 milyard dollar alacaq. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə Kiyev müttəfiqlərindən təhlükəsizlik sahəsində yardım şəklində 45 milyard dollar alıb; bura ordu üçün silah alışından tutmuş Ukraynanın müdafiə şirkətlərinə investisiyalara qədər "hər şey daxil idi".
Xədicə BAXIŞLI