AZ

Rəşad Sadıqov: "Titul yoxdur, onu qazanmaq üçün daha çox işləməliyik"

Bu gün Bizon Azərbaycan Kubokunun qalibi bəlli olub. 

Fanat.Az xəbər verir ki, final oyununda "Sabah" "Zirə" ilə üz-üzə gəlib. Bakı komandaları arasında final görüşü "Sabah"ın əzmkar qələbəsi ilə yekunlaşıb (2;1).

Matçdan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

"Oyun bizim üçün yaxşı başladı, fərqlənə bildik. Lakin ilk hissənin sonlarında rəqibə iki epizod verdik. Yaxşı və təhlükəli ötürmələrimiz var idi. İkinci hissədə müəyyən dəyişikliklər etdik və daha etibarlı çıxış edirdik, lakin rəqibin vurduğu baxımlı qol hesabı bərabərləşdirdi. Sonrakı dəqiqələrdə qol vurmaq üçün irəli atıldıq və bu zaman rəqib bizi cəzalandırdı. Futbolçularıma təşəkkür edirəm, əllərindən gələni etdilər."

• Bu matçın "Zirə"nin futbolçularına necə təsir edəcəyini düşünürsünüz?

"Sona qədər mübarizə aparacağıq. Liqada oyunlarımız qalıb, vəziyyət asan deyil, lakin çalışacağıq ki, ən yaxşısını edək."

• Artıq üçüncü dəfədir finalda məğlub olursunuz. Sizcə, daha güclü bir klubla uğur qazana bilərsinizmi?

"Bunu demək olmaz. Bəxt amili əsas rol oynayır. Bu, bizim üçün bir təcrübədir. Titul yoxdur, amma onu qazanmaq üçün daha çox işləməliyik."

Kamil Xudiyev

Seçilən
21
fanat.az

1Mənbələr