AZ

Astronavtda Yerə qayıdandan sonra hansı xəstəlik aşkar edilir?

Beynəlxalq Kosmik Stansiyada qalan 17 astronavtın ayaq və əl sümükləri analiz edilib. 


News365.az xəbər verir ki, analizin nəticəsində sümüklərin sıxlığında azalma qeydə alınıb. 


Məlumata görə, dünyaya qayıtdıqdan sonra həmin 17 astronavtdan 9-nun 1 il içərisində tam sağalmadığı və bu problemin qalıcı olduğu müəyyən edilib.


Analizlər göstərir ki, BKS-da 4-7 ay qalan astronavtların sağalma prosesi daha gec gedir. Mütəxəssislər bildirirlər ki, məşq və əzələ hərəkətliliyi müəyyən dərəcədə sümük sıxlığının itirilməsinin qarşısını alır.

Seçilən
30
news365.az

1Mənbələr