AZ

Verstappen təhlükəsizlik səbəbilə “24 Saat Nürburqrinq” açılış paradını buraxacaq

Dördqat “Formula 1” çempionu Maks Verstappen “24 Saat Nürburqrinq” yarışının Ədenau şəhərində keçiriləcək açılış paradında iştirak etməyəcək.

 90deqiqe.Az xəbər verir ki, Maks Verstappenlə yanaşı, onun komandasının digər pilotları — Jül Quno, Daniel Juncadella və Lukas Auer də mərasimdə yer almayacaqlar.

Məlumatı yayımlayan media orqanının bildirdiyinə görə, təşkilatçılar Maks Verstappenin yüksək populyarlığını nəzərə alaraq onun ictimai tədbirlərdə iştirak etməməsini tövsiyə ediblər. Azarkeşlərin həddən artıq toplanması təhlükəsizlik riski yarada bilər.

Eyni səbəbdən niderlandlı pilotun yarış həftəsonu çərçivəsində azarkeşlərlə görüşü və imza mərasimi də təxirə salınıb.

Təşkilatçılar vurğulayıblar ki, bu qərar pilotun istəyi ilə bağlı deyil və yalnız təhlükəsizlik tədbirləri ilə əlaqədardır. Parad mərasimində ümumilikdə 161 iştirakçıdan yalnız 50 avtomobil yer alacaq. Yarış isə 14–17 may tarixlərində baş tutacaq.

Seçilən
57
90deqiqe.az

1Mənbələr