AZ

Bədəndəki gizli prosesləri tapmaq üçün- 4 analiz



Hər bir insanbir neçə dəfə iltihabla üzləşə bilər.

Lakin bəzən bu proses başlayır, amma bitmir, davamlı olur, xroniki hala keçir.

Xroniki iltihab - simptomsuz olaraq illərlə davam edir, gizli olur, bəzən kəskinləşir, hüceyrələri qocaldır, immuniteti zəiflədir, ciddi xəstəliklərə səbəb olur: diabet, ürək-damar xəstəlikləri, revmatizm, artrit, şiş xəstəlikləri bunlar hamısı xroniki iltihabın nəticəsində baş verir.

Medicina.az xəbər verir ki, müxtəlifgizli iltihabi prosesləri tapmaq üçün bəzi analizlər informativ ola bilər.


- C reaktiv zülal – qanda iltihab markeridir. Qaraciyərdə sintez olunur və iltihabi sitokenlərə cavabdehdir.

- İnterleykin 6 – iltihabi sitokindir. İltihaba immun cavabı göstərir.
Əgər bu ikisi yüksək çıxarsa, deməli iltihabi proses gedir. Bu qan testini sistem qırmızı qurdeşənəyi, artrit, artrozlarda təyin edilir.

- Ferritin – orqanizmdə dəmirin yaranması və təminatına cavabdeh zülaldır. İstənilən iltihabi prosesdə ferritin xeyli yüksəlir. Xroniki iltihabda ferritin qana düşür və yüksəlir.

- Fibrinogen – bu zülal trombin fermenti sayəsində aktivləşir. O, yeni qan damarları yaranması və onların bərpasına cavabdehdir. Xroniki iltihabda fibrinogen aktivləşir və analizdə yüksək çıxır.


Aygün Musayeva


Seçilən
38
1
medicina.az

2Mənbələr