AZ

Valdas Dambrauskas: “Fəxr edirəm ki, bu cür oyunçularım var”

Bu gün Azərbaycan Kubokunun final görüşü keçirilib. Həlledici görüşdə “Sabah” və “Zirə” komandaları qarşılaşıb. Matç Masazır təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Publika.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:

“Oyunçularımı təbrik edirəm. Onlara bugünkü oyuna görə yox, mövsüm ərzində keçirdikləri oyunlara görə təbrik edirəm. Onlar qəhrəmandırlar. Bu mövsüm biz mükəmmələ yaxın mövsüm keçirdik. İki titulu da əldə etdik, 33 oyunda məğlubedilməzlik seriyamız var idi. Liqada dominant oyun göstərdik. Liqanın bitməsinə bir ay qalmış çempion olduq. Hamısı oyunçuların əməyidir. Onlar meydanda can qoyurlar. Mövsüm boyu necə ac olduqlarını, necə can yandırdıqlarını göstərdilər. Onlar bütün qalibiyyətlərə layiq idilər.

Məşqçi heyətimə, həkimlərə, bizim meydançalara qulluq edənlərə, xadimələrə, mövsüm ərzində çalışan hər kəsə təşəkkür edirəm. Xüsusilə də klub rəhbərliyinə minnətdaram. Hər zaman yanımızda idilər. Ramin Həsənova xüsusi təşəkkür edirəm, həmişə yanımızda oldu, bizə dəstək oldu. Çalışdığım 10-cu klubdur. Bu cür gözəl klubda necə xüsusi insanlar işləyir, möhtəşəm atmosfer var, inanılmaz klubdur. “Zirə”ni təbrik edirəm. Çox yaxşı komandadır. Bu gün baş məşqçi işi görünən komandadır. Hesabı açsalar da, öz qapılarına doğru çəkilib müdafiə olundular. Matçdan həzz aldım. Qalib tərəf də biz olduq. Sizlərə də təşəkkür edirəm, hər zaman mətbuat konfranslarına gəlirsiz. Əziyyət çəkirsiz, Azərbaycan futbolu haqda məlumatlar çatdırırsız”.

– Özünüz seçsəydiniz, hansı qolu daha çox qiymətləndirərdiz? Hansı qolunuz daha gözəl idi?

Seçilən
13
9
publika.az

10Mənbələr