AZ

Qalmaq istəyirəm, amma... Sabah ın qapıçısı vəziyyətə aydınlıq gətirdi

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Vacib oyun idi. Finalın belə gərgin keçəcəyini bilirdik. Titulumuzu qorumaq, kuboku özümüzdə saxlamaq istəyirdik".

Fanat.Az xəbər verir ki, bunu "CBC Sport"a açıqlamasında Bizon Azərbaycan Kubokunun finalında "Zirə"ni məğlub edərək mövsümü "qızıl dubl"la başa vuran "Sabah"ın qapıçısı Stas Pokatilov deyib.

Qazaxıstan millisinin qolkiperi əlavə edib: "Erkən qol buraxdığımız epizodda sanki hamımız yatmışdıq. Şadam ki, sonadək mübarizə aparıb geridönüşlə qələbə qazandıq".

O, növbəti mövsümə harada başlayacağı ilə bağlı sualı da cavablandırıb: "Sabah"da olmaqdan məmnunam. Bakı da çox xoşuma gəlir. Komanda Çempionlar Liqasında oynayacaq. Qalmaq istəyirəm, amma rəhbərliklə hələ şərtlərlə bağlı razılaşa bilməmişik".

Xatırladaq ki, Pokatilovun "bayquşlar"la müqaviləsinin müddəti 30 iyun tarixinə qədər nəzərdə tutulub.

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
fanat.az

2Mənbələr