AZ

Şkoda sürənlərin diqqətinə: Məlumatlarınız oğurlanmış ola bilər

ain.az, Lent az portalına istinadən məlumat yayır.

Şkoda şirkəti avtomobil istifadəçilərinə xəbərdarlıq edilib.

Lent.az xəbər verir ki, şirkət onlayn mağaza portalında ciddi proqram təminatı boşluğu aşkar etdiyini bildirib.

Kibercinayətkarların bu boşluqdan istifadə edərək sistemə daxil olduğu və bəzi istifadəçilərin həssas məlumatlarına çıxış əldə etdiyi açıqlanıb.

Məlumata görə, oğurlanan məlumatlar arasında müştərilərin ad-soyadı, ünvanı, telefon nömrəsi, sifariş detalları və hesab məlumatları var.

Şirkət kredit kartı məlumatlarının təhlükədə olmadığını, çünki ödənişlərin ayrıca xidmət təminatçıları üzərindən emal edildiyini vurğulayıb.

Hadisədən sonra onlayn mağaza müvəqqəti bağlanıb, təhlükəsizlik boşluğu aradan qaldırılıb və araşdırma üçün mütəxəssislər cəlb olunub.

Şirkət istifadəçilərə şifrələrini dəyişməyi və şübhəli e-poçtlardakı keçidlərə daxil olmamağı tövsiyə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
lent.az

1Mənbələr