AZ

Qalatasaray və Trabzonspor eyni futbolçu uğrunda mübarizə aparır

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Danimarkanın “Midilland” klubunda çıxış edən Aral Şimşir möhtəşəm mövsüm keçirməsi ilə həm Türkiyə Super Liqasının nəhənglərini, həm də Avropanın bir sıra klublarını transfer yarışına cəlb edib.Demokrat.az xəbər verir ki, bu mövsüm “Midilland” forması ilə 50 oyuna çıxan Aral Şimşir 12 qol vurub, 20 məhsuldar ötürmə edib və ümumilikdə 32 qola birbaşa töhfə verib."Foot Mercato"nun məlumatına görə, “Galatasaray” və “Trabzonspor” Aral Şimşiri transfer siyahısına daxil edib. Hər iki klub mümkün transferin şərtlərini öyrənmək üçün “Midilland” rəhbərliyi ilə əlaqə saxlayıb.Türkiyə millisinin futbolçusuna İngiltərə Premyer Liqasında aşağı liqaya düşməsi dəqiqləşən “Vulverhempton” klubunun da maraq göstərdiyi bildirilir.“Trabzonspor” qış transfer dövründə Aral Şimşir üçün təxminən 8,5 milyon avro + bonuslar təklif etmiş, lakin “Midilland” futbolçunu mövsümün sonuna qədər komandada saxlamaq istədiyi üçün təklifi rədd etmişdi.Aral Şimşirin Danimarka təmsilçisi ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədədir. Futbolçu noyabr ayında Bolqarıstan və İspaniya, mart ayında isə Rumıniya ilə oyunlar öncəsi Türkiyə millisinin geniş heyətinə çağırılsa da, zədələr səbəbindən meydana çıxa bilməyib. Onun 2026 Dünya Kuboku üçün baş məşqçi Vinçenzo Montella tərəfindən yekun heyətə daxil edilməsi ehtimal edilir.Jalə

Demokrat.az

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
111
demokrat.az

1Mənbələr