AZ

Vaşinqtonda kritik səsvermə: İrana dair qətnamə yenə rədd edildi

ABŞ Konqresinin Senatı administrasiyanı İrana qarşı hərbi əməliyyatları dayandırmağa faktiki şəkildə məcbur edən qətnaməni yeddinci dəfə rədd edib.

Moderator.az xəbər verir ki, səsvermənin yayımını C-SPAN telekanalı həyata keçirib.

Qətnamənin lehinə 49 senator, əleyhinə isə 50 senator səs verib.

Xatırlayaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıblar. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla ikihəftəlik qarşılıqlı atəşkəs elan edib.

Seçilən
120
2
moderator.az

3Mənbələr