“Arsenal” “Palmeyras”ın vingeri Eduardo Konseysao uğrunda mübarizəyə qoşulub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” 16 yaşlı futbolçunu yay transfer dönəmində heyətinə qatmaq niyyətindədir və artıq oyunçunun nümayəndələrinə bununla bağlı məlumat verilib.
Konseysao hələ “Palmeyras”ın əsas komandasında debüt etməsə də, Braziliya futbolunun son illərdə yetişdirdiyi ən böyük istedadlardan biri hesab olunur.
Klub gənc oyunçuya ciddi marağın olduğunu bildiyinə görə, onun üçün təxminən 43,5 milyon funt sterlinq (50 milyon avroya yaxın) tələb edir.
Daha əvvəl “Barselona”, “Mançester Yunayted” və “Mançester Siti” kimi klubların da Konseysao ilə maraqlandığı xəbərləri yayılmışdı.