AZ

Süfrədəki gizli mənbələrə diqqət: Duz istifadəsini azaltmağın ən effektiv yolu...

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gündəlik həyatda fərqinə varmadan artıq duz istehlakı ürək və damar sağlamlığı üçün ən ciddi risklərdən biri kimi göstərilir. Mütəxəssislər bildirirlər ki, yeməklərə ləzzət vermək üçün ədviyyatlardan istifadə duzun azaldılmasında effektiv üsullardan biridir.Demokrat.az xəbər verir ki, qidalanma və diyeta mütəxəssisi Selva Oturakçıibogil duz istifadəsini azaltmağın ən təsirli yollarından birinin ədviyyatlardan yararlanmaq olduğunu qeyd edib. Onun sözlərinə görə, zirə, kəklikotu, rozmarin, qara bibər, zəncəfil və qırmızı bibər kimi aromatik ədviyyatlar yeməklərə istənilən dadı verə bilər.Ümumdünya Səhiyyə Təşkilatı gündəlik duz istehlakının 5–6 qramı keçməməsini tövsiyə edir. Lakin bir çox insan yalnız yeməklərə əlavə edilən duzla deyil, pendir, zeytun, souslar və hazır qidalar vasitəsilə də fərqində olmadan artıq sodyum qəbul edir.Mütəxəssislərin fikrincə, sadə gündəlik vərdişlərdə ediləcək dəyişikliklər sağlam qidalanma üçün böyük fərq yarada bilər. Ən vacib addımlardan biri süfrədən duzqabının yığışdırılması kimi göstərilir.Pendir və zeytun kimi məhsulların yüksək duz tərkibinə diqqət çəkən mütəxəssis, xüsusilə salamura pendirlərin əvəzinə lor və ya az duzlu alternativlərin seçilməsini tövsiyə edir. Həmçinin yüksək duzlu pendirlərin istifadə olunmazdan əvvəl suda saxlanması duz miqdarını azalda bilər.Zeytunların bir gecə əvvəl suda saxlanmasının artıq duzun azalmasına kömək etdiyi bildirilir. Hazır tomat pastası əvəzinə təzə pomidor istifadəsi də daha sağlam seçim kimi göstərilir.Mütəxəssis həmçinin hazır konservlər, yarımfabrikat qidalar və şorbaların yüksək sodyum tərkibli olduğunu vurğulayaraq mümkün qədər təzə məhsulların seçilməsini tövsiyə edir. Kolbasa, sosiska və s. kimi işlənmiş ət məhsullarının da duz baxımından riskli olduğu qeyd olunur.Ketçup, mayonez və hazır salat souslarının gizli duz mənbələri olduğu, bunun əvəzinə limon, zeytun yağı və təbii ədviyyatlarla hazırlanmış sousların seçilməsinin daha sağlam olduğu bildirilir.Turşuların yüksək duz tərkibinə görə diqqətli istehlak edilməli olduğu, çips və paketlənmiş qəlyanaltıların isə mümkün qədər məhdudlaşdırılması tövsiyə olunur. Alternativ olaraq çiy qoz-fındıq və evdə hazırlanmış soba məhsulları daha sağlam seçim kimi göstərilir.Mütəxəssislərin fikrincə, kiçik dəyişikliklər uzunmüddətli sağlamlıq üçün mühüm rol oynayır və duz istehlakının azaldılması ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
demokrat.az

1Mənbələr