AZ

Tehran Trampın Çin səfərinin Pekinlə münasibətlərə təsir etməyəcəyini bildirib

İran ABŞ-ın Çinlə əlaqələrinə müdaxilə edə bilməyəcəyini və Pekinlə tərəfdaşlığın strateji xarakter daşıdığını vurğulayıb...

İran hakimiyyəti ABŞ Prezidenti Donald Trumpın Çinə səfərinin Tehran–Pekin münasibətlərinə təsir göstərməyəcəyini bəyan edib.

Poliqon xəbər verir ki, bu barədə “Al Jazeera” İran Xarici İşlər Nazirliyinin nümayəndəsinin brifinqinə istinadən məlumat yayıb.

İran tərəfi hesab edir ki, Trampın Pekinə səfəri ABŞ və Çin arasında ikitərəfli məsələdir və bu proses İranın Çinlə strateji əlaqələrinə birbaşa təsir göstərməməlidir.

İran XİN nümayəndəsinin sözlərinə görə, Vaşinqton Tehran və Pekin arasında formalaşmış münasibətlərə təsir etmək imkanına malik deyil. O vurğulayıb ki, İran və Çin arasında əməkdaşlıq müstəqil və uzunmüddətli strateji tərəfdaşlıq prinsipləri əsasında qurulub.

Tehran rəsmiləri həmçinin İran ilə Çin arasında imzalanmış 25 illik əməkdaşlıq sazişini xüsusi qeyd ediblər. Sənəd siyasi, iqtisadi, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur.

Analitiklərin fikrincə, İranın bu açıqlaması Vaşinqton–Pekin münasibətlərində mümkün dəyişikliklər fonunda Tehranın Çinlə əlaqələrinin sabitliyini nümayiş etdirmək məqsədi daşıyır.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr