AZ

Starmer hakimiyyətdən uzaqlaşdırılması cəhdlərinə qarşı mübarizə aparacağq

Böyük Britaniyanın baş naziri postunu tərk etməyəcəyini və daxili siyasi çağırışlara qarşı dayanacağını bəyan edib...

Böyük Britaniyanın Baş naziri Keir Starmer hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı mümkün cəhdlərə qarşı mübarizə aparmağa hazır olduğunu bildirib.

Poliqon xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Məlumata görə, Starmer tərəfdarları ilə görüş zamanı postunu könüllü şəkildə tərk etməyəcəyini vurğulayıb və hər hansı daxili siyasi çağırış halında “mübarizə aparacağını” bəyan edib.

Nəşrin yazdığına görə, baş nazir xüsusilə Böyük Britaniyanın səhiyyə naziri Wes Streetingın gələcəkdə ona qarşı liderlik mübarizəsinə qoşulması ehtimalına toxunub.

Starmer bildirib ki, əgər Ues Stritinq ona qarşı siyasi rəqabətə başlamaq qərarı versə, bu halda da geri çəkilməyəcək və hakimiyyət uğrunda mübarizəni davam etdirəcək.

FT qeyd edir ki, son dövrlərdə hakim Leyborist Partiyası daxilində müxtəlif siyasi qruplar arasında fikir ayrılıqları və gələcək liderlik məsələləri ətrafında müzakirələr intensivləşib.

Analitiklər hesab edirlər ki, Starmerin bu açıqlaması partiya daxilində mümkün güc mübarizələri ilə bağlı yayılan iddialara cavab xarakteri daşıyır və baş nazirin siyasi mövqeyini qorumaq niyyətini nümayiş etdirir.

Poliqon.info

Seçilən
66
poliqon.info

1Mənbələr