AZ

Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb VİDEO

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 13 may, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Zəngilan şəhərinə 59 ailə - 235 nəfər, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə isə 97 ailə - 419 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
49
azertag.az

10Mənbələr