AZ

Daily Mail: Tramp ölüm ehtimalı halında Cey Di Vens üçün gizli təlimat məktubu qoyub...

Ağ Ev rəsmisi sənəddə ABŞ prezidentinə qarşı mümkün sui-qəsd halında cavab ssenarisinin yer aldığını bildirib...

ABŞ Prezidenti Donald Trump ikinci prezidentlik müddəti dövründə özünün həlak olması ehtimalına qarşı vitse-prezident JD Vance üçün xüsusi gizli təlimatlar hazırlayıb.

Poliqon xəbər verir ki, bu barədə “Daily Mail” Ağ Evin terrorla mübarizə üzrə müşaviri Sebastian Gorkaın açıqlamasına istinadən məlumat yayıb.

Sebastyan Qorka jurnalistlərə bildirib ki, Tramp vitse-prezident üçün “dəqiq göstərişlər” saxlayıb və həmin sənəddə ABŞ prezidentinə qarşı mümkün sui-qəsd halında cavab tədbirlərinin ssenarisi əks olunub.

Məlumata görə, Tramp bundan əvvəl də İranın ona qarşı sui-qəsd təşkil edəcəyi təqdirdə “İranı yer üzündən silmək” əmri verəcəyini bəyan etmişdi.

Nəşr qeyd edir ki, hazırda Trampın Çinə səfəri fonunda təhlükəsizliklə bağlı müzakirələr yenidən intensivləşib.

Sebastyan Qorka açıqlamasında hətta “havada olan hansısa maddə” səbəbindən bir şəxsin yalnız bir ay sonra xəstələnə biləcəyi ssenarini də mümkün ehtimal kimi dilə gətirib. Bununla yanaşı, o, Trampın təhlükəsizlik xidmətinin “çox etibarlı” olduğunu vurğulayıb.

Hazırda Donald Tramp diplomatlar və iri texnologiya şirkətlərinin rəhbərləri ilə birlikdə Çində səfərdə olduğu halda, vitse-prezident Cey Di Vens ABŞ-da qalır.

Analitiklər hesab edirlər ki, bu açıqlamalar ABŞ prezidentinin təhlükəsizliyi ilə bağlı narahatlıqların və İran ətrafında davam edən gərginliyin Vaşinqton gündəmində mühüm yer tutduğunu göstərir.

Poliqon.info

Seçilən
73
poliqon.info

1Mənbələr