AZ

Putinin güvəndiyi şəxslərin adları açıqlandı

Rusiya-Ukrayna müharibəsinin nizamlanması üçün Avropa adından mümkün vasitəçilərin adları açıqlanıb.

Musavat.com xəbər verir ki, Almaniyanın “Der Spiegel” nəşri bu prosesdə iştirak edə biləcək siyasətçilərlə bağlı araşdırma yayıb.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin şəxsi üstünlüyünün Almaniyanın keçmiş kansleri Gerhard Şröder olduğunu bildirib.

Şəxsən mənim üçün Almaniyanın keçmiş kansleri cənab Şröder daha məqbuldur. Amma qoy avropalılar özləri etibar etdikləri və bizim ünvanımıza xoşagəlməz sözlər deməmiş lideri seçsinlər, – Putin deyib.

“Der Spiegel” yazır ki, potensial vasitəçilər arasında Almaniya prezidenti Frank-Walter Steinmeier də nəzərdən keçirilir. Nəşr qeyd edir ki, Ştaynmayer həm Putin, həm də Ukrayna prezidenti Volodymyr Zelenskyy ilə yaxşı tanışdır. Lakin onun keçmişdə Rusiyaya qarşı yumşaq mövqedə olması səbəbindən Ukrayna, Şərqi Avropa və Baltik ölkələrində tənqid olunduğu vurğulanır.

Məqalədə Almaniyanın sabiq kansleri Angela Merkelin də adı hallanır. Bildirilir ki, Merkel artıq dövlət vəzifəsində deyil, Putin və Zelenskini şəxsən tanıyır və rus dilini bilir.

Nəşrin məlumatına görə, Avropa Mərkəzi Bankının keçmiş rəhbəri və İtaliyanın sabiq baş naziri Mario Draghi də mümkün namizədlər sırasında göstərilir.

“Der Spiegel”in siyahısında Finlandiya prezidenti Alexander Stubb də yer alıb. Qəzet yazır ki, Stubb son vaxtlar avropalıların Putinlə birbaşa danışıqlara başlamasının vacibliyini vurğulayıb.

 

Musavat.com

Seçilən
85
musavat.com

1Mənbələr