AZ

Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq

Mayın 14-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək.

Bu barədə Publika.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bununla əlaqədar saat 09:30-dan 13:00-dək Dilarə Əliyeva, Puşkin küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Həmçinin Sumqayıt Elektrik Şəbəkəsinə (EŞ) daxil olan yüksək gərginlikli hava xətlərində təmir işi aparılacaq. Beləliklə, saat 11:00-dan 14:00-dək Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Yaşma bağları yaşayış massivi və "Stansiya Sumqayıt" adlanan ərazinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə olacaq.

Seçilən
18
19
publika.az

10Mənbələr