AZ

Arda Gülər “Real Madrid”də hamını geridə qoydu

Türkiyə milli komandasının ulduz futbolçusu Arda Gülər “Real Madrid” azarkeşlərinin səsverməsinə əsasən aprel ayının ən yaxşı oyunçusu seçilib.

Musavat.com xəbər verir ki, gənc yarımmüdafiəçi xüsusilə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya Münhen”lə keçirilən cavab qarşılaşmasında vurduğu 2 qolla diqqət mərkəzinə düşüb.

Qeyd olunur ki, Real Madrid forması ilə son həftələrdə uğurlu çıxışı Arda Gülərin həm azarkeşlər, həm də futbol ekspertləri tərəfindən yüksək qiymətləndirilməsinə səbəb olub.

 

Musavat.com

Seçilən
16
50
musavat.com

10Mənbələr