AZ

"Real"ın ulduzu üçün 100 milyonluq təklif

Fransa nəhəngi PSJ yay transfer pəncərəsində "Real Madrid"in əvəzolunmaz simalarından biri olan Federiko Valverde üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, "El Chiringuito"nun yaydığı məlumata görə, PSJ-nin idman direktoru Luis Kampos şəxsən uruqvaylı ulduzun ətrafı ilə əlaqə saxlayaraq yayda baş tuta biləcək mümkün keçid şərtlərini araşdırmağa başlayıb.

Madrid təmsilçisi oyunçunun satışına yaşıl işıq yandıracağı təqdirdə, Valverdenin transfer qiymətinin 80 milyon avro ilə 100 milyon avro arasında olacağı gözlənilir.

Hazırda dünya futbolunun ən yaxşı yarımmüdafiəçilərindən biri hesab olunan ulduz futbolçu üçün Paris klubunun ciddi maliyyə resurslarını səfərbər etməsi gözlənilir.

Seçilən
45
fanat.az

1Mənbələr