AZ

Tramp başına bir şey gələcəyi halda Vens üçün xüsusi məktub saxlayıb

BAKI, 14 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp başına hər hansı hadisə gələcəyi təqdirdə vitse-prezident Cey Di Vens üçün xüsusi göstərişlər hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə baş direktoru Sebastyan Qorka “New York Post” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ağ Evdəki “Resolute” iş masasının siyirməsində vitse-prezidentə ünvanlanmış məktub saxlanılır.

“Əgər Trampın başına nəsə gəlsə, həmin məktub açılacaq. Belə hallar üçün xüsusi protokollar mövcuddur. Onlar barədə danışa bilmərəm, amma belə prosedurlar var”, - deyə Qorka vurğulayıb.

Məlumata görə, Donald Tramp indiyədək üç dəfə sui-qəsd cəhdinin hədəfi olub.

İlk iki hadisə 2024-cü ildə prezident seçkiləri kampaniyası zamanı baş verib. İyul ayında Pensilvaniya ştatında keçirilən mitinqdə ona atəş açılıb. İki ay sonra isə Florida ştatındakı qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb.

Üçüncü sui-qəsd cəhdi isə 2026-cı il aprelin 25-də Vaşinqtondakı “Washington Hilton” hotelində Ağ Ev müxbirlərinin ənənəvi qəbul mərasimi zamanı qeydə alınıb.

Seçilən
119
teleqraf.com

1Mənbələr