AZ

“Tottenhem” Premyer Liqada qalarsa, Girassini transfer etmək istəyir

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Tottenhem Hotspur” “Borussiya Dortmund”un hücumçusu Seru Girassi ilə maraqlanır və komanda İngiltərə Premyer Liqasından düşməsə, qvineyalı futbolçunu transfer etməyə çalışacaq.

İdman.Biz bu barədə jurnalist və insayder Nikolo Şiraya istinadən məlumat verir.

Seru Girassi 2024-cü ildən bəri “Borussiya”da oynayır. Bu mövsüm hücumçu klubun heyətində bütün yarışlarda 45 oyun keçirib, 21 qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun transfer dəyəri 40 milyon avrodur.

Premyer Liqanın 36 turundan sonra “Tottenhem” İngiltərənin yüksək liqasında 38 xalla 17-ci yerdədir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
155
1
icma.az

2Mənbələr