AZ

Çin prezidenti: Bu səfər bütün dünyanın diqqətini cəlb edib

BAKI, 14 may. TELEQRAF

Çin sədri Si Cinpin bildirib ki, Pekində ABŞ Prezidenti Donald Trampla keçirilən görüş qlobal dəyişikliklər fonunda bütün dünyanın diqqət mərkəzindədir.

Teleqraf xəbər verir ki, Si Cinpin bunu Donald Trampla görüş zamanı deyib.

“Çinə yenidən səfər etmisiniz. Demək olar ki, bu səfər bütün dünyanın diqqətini cəlb edib”, - deyə Çin lideri bildirib.

Si Cinpin qeyd edib ki, görüş beynəlxalq münasibətlər sistemində misli görünməmiş və sürətli dəyişikliklərin baş verdiyi bir dövrdə keçirilir.

Onun sözlərinə görə, hazırda dünya mürəkkəb seçim mərhələsindədir və beynəlxalq vəziyyət dönüş nöqtəsindədir.

Seçilən
44
teleqraf.com

1Mənbələr