AZ

Ağcabədidə güclü külək fəsadlar törədib

BAKI, 14 may. TELEQRAF

Ağcabədi şəhərində güclü külək bir sıra fəsadlara səbəb olub.

Teleqraf-ın Qarabağ bürosu xəbər verir ki, ötən gecə əsən güclü küləyin təsirindən iri gövdəli ağac aşaraq “Mercedes” və “VAZ-2106” markalı avtomobillərin üzərinə düşüb.

Hadisə nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib və onlar yararsız hala düşüb.

Bundan başqa, şəhərin digər hissəsində güclü külək qaz xəttinin qırılmasına səbəb olub.

Hadisədən sonra aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub, yaranmış problemlərin aradan qaldırılması istiqamətində iş aparılır.

Seçilən
77
teleqraf.com

1Mənbələr