AZ

Kələm dolmasının inanılmaz faydası üzə çıxdı

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Sümük sağlamlığı dedikdə ilk olaraq ağla süd gəlsə də, təbiətdə ondan daha güclü mineral mənbələri mövcuddur. Orqanizmin sümük sistemini polad kimi möhkəmləndirən, ürək və sinir fəaliyyətini tənzimləyən kalsiumun gizli ünvanları məlum olub.Demokrat.az xəbər verir ki, sümük kütləsinin qorunması üçün kalsium ehtiyacının yalnız heyvan mənşəli məhsullarla qarşılanması mütləq deyil. Xüsusilə 30 yaşdan sonra sümük itkisinin sürətləndiyini nəzərə alsaq, rasiona bitki mənşəli kalsium depolarını əlavə etmək həyati əhəmiyyət daşıyır. Bu qidalar təkcə sümükləri deyil, həm də damarları qoruyur və böyrək daşı yaranma riskini aşağı salır.Siyahıda liderliyi tünd yaşıl yarpaqlı tərəvəzlər, xüsusən də bişmiş kələm tutur. Araşdırmalar göstərir ki, bir fincan bişmiş qara kələmdə təxminən 268 mq kalsium var ki, bu da bir stəkan südün tərkibindəki göstəricidən xeyli çoxdur. Siyahının digər güclü üzvləri isə aşağıdakılardır:Süd məhsulları: Süd, qatıq və pendir ənənəvi və sürətli mənimsənilən mənbədir.

Quru əncir: Cəmi iki ədəd əncir 27 mq kalsium təmin edir.

Somon balığı: Tərkibindəki D vitamini sayəsində kalsiumun sorulmasını maksimuma çatdırır.

Lobya: Yarım fincan bişmiş lobyada 60 mq kalsium və bol lif var.

Kalsiumla zəngin qidalanma təzyiqi tənzimləməklə yanaşı, orqanizmdəki oksalatların təsirini neytrallaşdıraraq böyrəklərin fəaliyyətinə müsbət təsir göstərir.Qısası, sümük əriməsinin və digər sağlamlıq problemlərinin qarşısını almaq üçün rasionda tərəvəzlərə və balıq məhsullarına üstünlük vermək süd içmək qədər, hətta ondan daha effektivdir.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
demokrat.az

1Mənbələr