AZ

Tramp-Si Cinpin görüşü: böyük güclər toqquşur, yoxsa dostlaşır?

Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində amerikalı həmkarı Donald Trampı böyük təmtəraqla  qarşılayıb.

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, onlar İran və Tayvana qədər qlobal təsirləri olan bir çox məsələləri müzakirə ediblər.

ABŞ lideri D.Tramp həmkarı Si Cinpinə ABŞ və Çin arasında möhtəşəm gələcək vəd edib : "Sizinlə birlikdə olmaq şərəfdir. Sizin dostunuz olmaq şərəfdir və Çin ilə ABŞ arasındakı münasibətlər əvvəlkindən daha yaxşı olacaq . Birlikdə möhtəşəm bir gələcəyimiz olacaq".

 Öz növbəsində, amerikalı həmkarını qəbul etməkdən məmnun olduğunu bildirən Si Cinpin bir çox fərqliliklərinə baxmayaraq, iki ölkənin rəqib yox, tərəfdaş olmalı olduğunu təsdiqləyib :

"Əməkdaşlıq hər iki tərəfə fayda verir, qarşıdurma isə hər ikisinə zərər verir. Biz rəqib yox, tərəfdaş olmalıyıq. Bir-birimizə uğur qazanmaq və birlikdə çiçəklənmək üçün kömək etməliyik. Beləliklə, bu yeni dövrdə böyük güclər arasında yeni bir yaxşı anlaşma kursu müəyyənləşdirməliyik".

Aydın

Seçilən
21
1
bakivaxti.az

2Mənbələr