AZ

Ukraynada müharibə: 15000 ölən, 40600 yaralanan...

Rusiya Kiyevə və ətraf bölgəyə genişmiqyaslı gecə hücumu həyata keçirib.

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib. O, qeyd edib ki, hücum nəticəsində ən azı bir nəfər həlak olub, 16 nəfər yaralanıb:

"Rusiya Kiyevi dronlar və ballistik raketlərlə vurur".

BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının (HRMMU) tarixdə dərc etdiyi hesabata görə, Rusiya işğalının 24 fevral 2022-ci il tarixində başlamasından bəri təxminən 15 min Ukrayna mülki vətəndaşı öldürülüb, 40 min 600 nəfər yaralanıb. Hesabatda həmçinin bildirilir ki, 2025-ci il 2022-ci ildən sonrakı ən ölümcül il olub və 2500-dən çox mülki şəxs həlak olub.

Aydın

Seçilən
35
1
bakivaxti.az

2Mənbələr