Pekində Çin sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Çin Dövlət Televiziyası məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli və beynəlxalq məsələləri, o cümlədən İranla müharibə və ABŞ-nin Tayvana silah satışı məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, bu, son 10 ildə ABŞ prezidentinin Çinə ilk səfəridir. Trampın səfəri üç gün davam edəcək.