AZ

Tramp Pekində Si Cinpinə təriflər yağdırdı

Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında danışıqlar başlayıb.

Musavat.com xəbər verir ki, bu, son doqquz il ərzində ABŞ liderinin Çinə reallaşdırdığı ilk dövlət səfəridir.

ABŞ Prezidenti Si Cinpinlə olan dostluğunu böyük şərəf hesab etdiyini bildirib:

"Bu, mənim üçün böyük şərəfdir. Bizim aramızda gözəl münasibətlər formalaşıb. Hər zaman ortaq dil tapa bilmişik. Çətinliklər yarananda onları birlikdə həll etmişik. Mən sizə zəng edə bilirdim, siz də mənə zəng edə bilirdiniz - insanların heç xəbəri olmadığı problemlər yarananda belə, biz çox tez bir zamanda həll yolu tapırdıq", - deyə Tramp vurğulayıb.

O, həmçinin Çinə və Si Cinpinin nailiyyətlərinə böyük hörmətlə yanaşdığını əlavə edib:

"Siz böyük lidersiniz. Bunu hamıya deyirəm: siz həqiqətən də böyük lidersiniz", - deyə ABŞ Prezidenti bəyan edib.

Si Cinpin isə öz növbəsində vurğulayıb ki, Çin və ABŞ münasibətləri qarşılıqlı faydaya əsaslanmalıdır, çünki qarşıdurma hər iki tərəfə zərər verə bilər. Onun sözlərinə görə, Pekin və Vaşinqton "Fukidid tələsi"ndən qurtulmalı və yeni münasibətlər modeli qurmalıdırlar.

Musavat.com

Seçilən
39
47
musavat.com

10Mənbələr